RU

Zamiq Əliyev: "Eqnatiya"da özümü ən yaxşı şəkildə göstərəcəm" - Müsahibə

Azərbaycanın U-21 yığmasının sabiq üzvü, ötən həftə Albaniya çempionu “Eqnatiya” ilə müqavilə imzalayn Zamiq Əliyev apasport.az saytına müsahibə verib.

- "Eqnatiya"nın məşqlərinə artıq qoşulmusan. Hazırlıqlar necə gedir?

- Bəli, komandanın düşərgəsindəyəm, kollektivə qoşulmuşam. Şükür Allaha, hər şey yolundadır. Komandaya da öyrəşməyə çalışıram. Düşünürəm ki, çox tez adaptasiya olacam.

- Maraqlıdır, Azərbaycan klublarının hazırlıq prosesi ilə "Eqnatiya"nın hazırlıq prosesi arasında hansısa fərqlilik var? Səni narahat edən hansı məqamdır?

- Xeyr, demək olar ki, eynidir. Burada daha çox fiziki məşqlərə üstünlük verilir. Toplanışda olduğumuz üçün də bu, normaldır. Hər şey qaydasında gedir. Heç nədən narazı deyiləm. İndi yeni sezona hazırlaşmağa fokuslanmışam.

- Komandanın baş məşqçisi Edlir Tetova ilə münasibətin necədir? Səninlə ayrıca söhbəti olub, nələr haqda danışmısız?

- Çox yaxşı kollektivimiz var. Futbolçularla münasibətim çox yaxşıdır, çox mehriban komandaya sahibik. Baş məşqçimiz də çox xoş münasibət göstərir. Tetova ilə də danışığımız olub. Məndən nə istədiyini söylədi. Necə oyun tərzləri olduqları haqda danışdı. Çalışacam ki, komanda üçün ən yaxşısını edim.

- "Eqnatiya" hazırda Sloveniyada hazırlıqdadır və artıq Sloveniyada "Rujemberok"la qarşılaşmısız. Bu görüşdə oynadın?

- Bəli, ilk yoxlama görüşümüz də oldu. “Rujemborok”la bərabərə qaldıq. Yaxşı oyun keçirdik. Düşünürəm ki, komanda şəklində yaxşı çıxış etdik. Mən də oynadım, yavaş-yavaş komandaya öyrəşməyə çalışıram. 

- "Enqatiya" ÇL-in ilk təsnifat mərhələsində "Boraç"la qarşılaşacaq. Səncə, püşkatma sizin üçün yaxşı alındı, yoxsa, daha uyğun rəqiblə düşə bilərdiz? 

- Avrokuboklarda zəif rəqib olmur. "Boraç" da yaxşı komandadır. Onların bir oyununu izləmişəm. Heyətlərində gənc futbolçular çoxdur. Sona qədər mübarizə aparan komandadır. Düşünürəm ki, bizə uyğun rəqibdir və əlimizdən gələni edib hər iki oyunda da qələbə qazanmağa çalışacağıq. İnanıram ki, bunu reallaşdıra bilərik. 

- Ümumiyyətlə, "Eqnatiya"dan ÇL-də gözlənti nədir? Qrup mərhələsi real görünür sizin üçün?

- Əlimizdən gələni edəcəyik. Bacardığımız qədər irəliyə getmək istəyirik. Niyə də olmasın? Komandama inanıram və burada yaxşı futbolçular var. Ən yaxşı nəticələri əldə edə bilərik.

- Səndən əvvəl "Eqnatiya"da Azərbaycan millisinin üzvü Vüsal İsgəndərli oynayıb. Maraqlıdır, onunla heç "Eqnatiya" barədə danışmışdınız, sənə nələr demişdi?

- Əlbəttə ki, Vüsaldan da bu haqda maraqlanmışdım. Onunla "Eqnatiya" ilə bağlı söhbətimiz olmuşdu. Vüsalla danışdım və klub haqqında müsbət sözlər söyləmişdi. Lazım olan məsləhətlərini mənə verdi. Çalışacam ki, "Eqnatiya"da özümü ən yaxşı şəkildə göstərəcəm və əsas heyət üçün oynayacam.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
16
apasport.az

1Источники