RU

“Uimbldon”un nəticələri reytinqin liderinə təsir etməyəcək

Dünyanın birinci raketkası, italiyalı tennisçi Yannik Sinner “Uimbldon” turniri başa çatdıqdan sonra da reytinq cədvəlinə başçılıq etməyə davam edəcək.

İtaliyalı ötən il Böyük Britaniyada keçirilən “Böyük dəbilqə” turnirində yarımfinala yüksəlib və bu il 720 reytinq xalını qorumalıdır. Lakin Almaniyanın Halle şəhərində keçirilən ATP-500 turnirində qalib gəldikdən sonra o, “Uimbldon”un ilk raundunda məğlub olsa belə, rəqibləri üçün əlçatmaz olacaq.

Xatırladaq ki, “Uimbldon” turniri iyulun 1-dən 14-dək keçiriləcək. Hazırkı çempion ispaniyalı tennisçi Karlos Alkarasdır. O, ötənilki finalda serb Novak Cokoviçə 5 setdə qalib gəlmişdi – 1:6, 7:6, 6:1, 3:6, 6:4.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
15
futbolinfo.az

1Источники