RU

Aralıq dənizində 7 min illik yol tapıldı

Bakı. Trend:

Aralıq dənizində 7 min illik yol tapıldı. Üst-üstə yığılmışdaşlardan hazırlanmış sualtı keçidin görüntüləri də yayımlanıb.

Trend “The İndependent” nəşrinə istinadən xəbər verir ki,Xorvatiyanın Korçula adlanan adasının sahillərində yerləşən sualtıarxeoloji sahədə daş dövrünə aid yol aşkar edilib.

Tədqiqatçıların fikrincə, bu qədim yol bir vaxtlar qurudayerləşən, lakin indi Aralıq dənizinin qolu olan Adriatik dənizindəntəxminən 4-5 metr aşağıda yerləşən yaşayış məntəqəsini birləşdirib.Arxeoloqlar ilk dəfə 2021-ci ildə Korçula ətrafındakı suların peykşəkillərini araşdıraraq Soline adlanan bu arxeoloji ərazini müəyyənediblər.

Zadar Universitetinin arxeologiya departamentindən tədqiqatçıİqor Borziç və onun həmkarları bu yaxınlarda dəniz dibindəqeyri-adi strukturlar aşkarlayıblar. Bundan sonra komanda dahayaxından baxmaq üçün Adriatik okeanına dalğıc ekspedisiyalarınabaşlayıb. Nəticədə Korçulanın qərb sahilindəki Qradina körfəzində 7min illik yolun qalıqları aşkar edilib.

Bu batmış yol daş dövründə həmin bölgədə yaşamış “Hvar xalqları”kimi tanınan itirilmiş dəniz mədəniyyətinə aid olub. Universitetüst-üstə yığılmış daşlardan hazırlanmış sualtı keçidingörüntülərini də dərc edib. Universitetdən verilən açıqlamadadeyilir: “Korçula adasındakı batmış neolit Soline arxeolojisahəsində sualtı araşdırmalar zamanı arxeoloqlar onlarıtəəccübləndirən qalıqlar tapıblar”.

Dəniz palçıqlarının altında onlar Hvar mədəniyyətinin indibatmış tarixdən əvvəlki yaşayış məntəqəsini Korçula adasınınsahilləri ilə birləşdirən yol aşkar ediblər. Təxminən 4 metr eniolan yol, Solinedə aşkar edilən 4 min 900 il yaşı olan digər tarixiəsərlərdən çox daha qədim olması ilə diqqət çəkir. Komanda suyunaltında çaxmaq daşından bıçaqlar, daş baltalar və dəyirman daşıparçaları tapıldığını bildirir. Artefaktlar təxminən 7 min il əvvəlşimal-şərq Adriatik dənizinin adalarında və sahillərindəməskunlaşan əsrarəngiz Hvar xalqlarına işıq salacaq.

Избранный
64
12
az.trend.az

10Источники