RU

“Baku Elektroniks” heç bir məsuliyyət hiss etmir, belə olmaz – Xeyrəddin Qoca şikayətçidir

“Baku Elektroniks” mağazalar şəbəkəsinin Nərimanov rayonunda yerləşən mağazasından 28 avqust 2023-cü ildə “Fridger BOSH KGN36XW30U” markalı soyuducu almışam. 10 ay tamam olmayıb, soyuducu işləmir. Aşağı hissəsi tamamilə buz bağlayıb (buz bağlamamalıdır, soyuq olmalıdır), yuxarı hissəsi isə ümumiyyətlə işləmir, yəni orada tamamilə “yay fəslidir”.

TEMPİNFO xəbər verir ki, bunu yazıçı Xeyrəddin Qoca bildirib.

Onun sözlərinə görə, məhsulun üç il zəmanəti var, iyunun 23-də bazar günü servisə email yazıb, təcili usta göndərilməsini istəyib: “Aydan xanım adlı biri 055 222 14 07 nömrəli telefonla zəng etdi ki, “məktub yetişdi, 3 gün müddətində usta göndəriləcək”. Sonra servisdən 055 201 67 55 nömrəli telefondan bir qadın zəng edib bildirdi ki, 3 gün müddətində usta göndəriləcək.

Onların iş üsulunu bildiyim üçün iyunun 25-də servisə 991 nömrəli telefona zəng etdim, dəstəyi Mətanət adlı bir qadın götürdü, o da dedi ki, 3-4 gün müddətində usta göndərəcəyik. Ona izah etdim ki, 3 gün iyunun 25-də tamam olur. Mətanət xanım dedi ki, birisigün, yəni iyunun 27-də usta gələ bilər, gözləyin. İzah etməyə çalışdım ki, onsuz da bütün ərzaqlar xarab olub, siz isə 4 gün vaxt qoyursunuz. Mətanət xanım dedi ki, “5 gün də ola bilər”. Hansı ki, mən təcili usta göndərmələrini xahiş etmişdim…”

Xeyrəddin Qoca söyləyib ki, bunlar heç bir məsuliyyət hiss etmirlər: “Belə işləmək olmaz! Hərəsi bir vaxt verir! Yayın günündə uzun müddət soyuducusuz qalmaq nə deməkdir? Bu sözləri əzbərləyiblər: “Vətəndaş, gözlə!”Mən də gözləyə-gözləyə bekarçılıqdan bu yazını yazdım…”

TEMPİNFO

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
31
tempinfo.az

1Источники