RU

Ralf Ranqnik: “Niderland üzərində qələbəyə layiq idik”

Avstriya yığmasının baş məşqçisi Ralf Ranqnik AÇ-2024-ün qrup mərhələsinin 3-cü turunda Niderland yığması ilə oyunu (3:2) şərh edib.

Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən, alman mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Düşünürəm ki, biz son nəticədə qələbəyə layiq idik. Bütövlükdə, bizim, qələbə üçün böyük iradəmiz və meydanda inanılmaz fədakarlığımız vardı. Bunu oyunun hər mərhələsində hiss etmək olardı – buraxdığımız qollara qarşılıq verməyimizə və laqeydlik etmədiyimizə, əksinə üslubumuza sadiq qaldığımıza və hücuma keçərək daim imkanlarımızı aramağımıza görə.

UEFA reytinqinə əsasən, ən çətin qrupda qalib gəlmək inanılmazdır. Fransa yığmasına qarşı uğursuz avtoqolla başladıq, amma Polşa yığmasını məğlub etmək zərurətindən üzərimizə edilən bütün təzyiqlərin öhdəsindən gəldik. Qrupun qalibi olmaq isə xüsusi bir məqamdır”, deyə Ralf Ranqnik vurğulayıb.

Qrup mərhələsinin sonuncu, 3-cü turundan sonra “D” qrupunun yarış cədvəlində belə mənzərə yaranıb:

  1. Avstriya – 6 xal
  2. Fransa – 5 xal
  3. Niderland – 4 xal
  4. Polşa – 1 xal

Avstriya və Fransa yığmaları yarışın 1/8 final mərhələsinə birbaşa vəsiqə qazanıblar və hazırda rəqiblərinin intizarındadırlar. Niderland yığması böyük ehtimalla ələmə mərhələsinə yüksələcək 3-cü yeri tutmuş 4 ən yaxşı komanda arasında yer alacaq. Polşa yığması isə hələ 2-ci turdan sonra Avropa çempionatında mübarizə imkanlarına xitam vermişdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
11
arena.az

1Источники