İsrailin Qəzza zolağına son 24 saatda həyata keçirdiyi 4 hücumda 60 nəfər ölüb, 140 nəfər isə yaralanıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada bildirilib.
Qeyd olunub ki, oktyabrın 7-dən bu yana həyata keçirilən hücumlarda həyatını itirənlərin sayı 37 min 718-ə, yaralı sayı isə 86 min 377-yə çatıb.