RU

Mixal Probej: “Çox təəssüf ki, biz yarışı tərk edirik”

Polşa yığmasının baş məşqçisi Mixal Probej AÇ-2024-ün qrup mərhələsinin 3-cü turunda Fransa yığması ilə oyunu (1:1) şərh edib.

Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən, polyak mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Mübarizədən kənarda qalmağımıza rəğmən, bugünkü fəallıqlarına görə azarkeşlərimizə təşəkkür etmək istərdim. Biz sona qədər mübarizə apardıq və həqiqətən yaxşı imkanlarımız oldu – oğlanlarımdan belə futbol istəyirəm. Oyunçularıma, bizim işimizə fədakarlıqlarına görə təşəkkür etmək istəyirəm. Qrup mərhələsini keçə bilməməyimiz təəssüf doğurur.

Çox təəssüf ki, biz yarışı tərk edirik. Çətin çempionat oldu. Biz daha da irəli getmək istəyirdik, buna hazır idik. Belə istiyə rəğmən, bu gün yaxşı oyun keçirdik. Orada çətinliklə nəfəs almaq olurdu”, deyə Mixal Probej bildirib.

Qrup mərhələsinin sonuncu, 3-cü turundan sonra “D” qrupunun yarış cədvəlində belə mənzərə yaranıb:

  1. Avstriya – 6 xal
  2. Fransa – 5 xal
  3. Niderland – 4 xal
  4. Polşa – 1 xal

Avstriya və Fransa yığmaları yarışın 1/8 final mərhələsinə birbaşa vəsiqə qazanıblar və hazırda rəqiblərinin intizarındadırlar. Niderland yığması böyük ehtimalla ələmə mərhələsinə yüksələcək 3-cü yeri tutmuş 4 ən yaxşı komanda arasında yer alacaq. Polşa yığması isə hələ 2-ci turdan sonra Avropa çempionatında mübarizə imkanlarına xitam vermişdi.

Избранный
89
arena.az

1Источники