RU

“Dizellə işləyən avtomobillərə son qoyulsun, şəhərə girişi qadağan edilsin”-ekoloqdan ÇAĞIRIŞ-FOTO

“Qlobal istiləşmə bu gün dünyanı maraqlandıran, həyəcan təbili çaldıran məsələdir. Bu hamımızı çox narahat edir. Aparılan monitorinqlərdən belə bir nəticəyə gəlmək olardı ki, dağlarımızda 4 metrə qədər qar var idi. Amma bu günki gündə 1 metr, 1 metr 20 santimetr qar var. Bu nə ilə əlaqədardır? Əlbəttə ki, qlobal istiləşmə ilə bağlıdır. Hazırda fəsillərin anormal hərəkətini müşahidə edirik. Qış vaxtı həddindən artıq istilər, yay vaxtı isə həddindən artıq soyuqlar baş verir. Burada bitkilər də aldanır, heyvanlar da. Heyvanlar elə bilir ki, qış fəsli bitib, qış yuxusundan oyanIr və çölə çıxıb qida tapmır. Bu zaman tələf olur. Çayların daşması, sellərin düşməsi də kənd təsərrüfatına ziyan vurur. Bunun da nəticəsi əlbəttə ki, qıtlıqla müşahidə olunacaq” 
 
Bunu Moderator.az-a açıqlamasında Biologiya üzrə fəlsəfə elmləri doktoru, ekoloq, dosent Gülçöhrə Hüseynova deyib.
 
O daha sonra qlobal istiləşmədən çıxış yollarından danışıb.
 
“Qlobal istiləşmənin qarşısını almaq üçün insanlar təbiətə atdıqları zərərlərin sayını azaltmalıdırlar. Havaya atılan dəm qazlarıdır, azot oksidlərdir, karbon oksidlərdir, bunun qarşısı alınmalıdır. Şəhərdə dizellə işləyən mühərriklərə son qoyulmalıdır. Bakı şəhərində 2 milyondan artıq maşın var. Dizellə işləyən maşınların şəhərə girişi qadağan edilməlidir. Biz şəhərimizi, insanlarımızı belə xilas edə bilərik. Bütün dünya bu sistemdədir. Elektromobilə keçirlər, amma biz gedib dizellə işləyən avtomobilləri ölkəmizə gətirib özümüzü zəhərləyirik” deyə ekoloq bildirib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
13
moderator.az

1Источники