Qırğızıstan parlamenti elektron siqaretlərin ölkəyə idxalını, eləcə də respublika ərazisində satışını qadağan edib.
Bu barədə İqtisadiyyat.az TASS-a istinadən xəbər verir.
Məlumata görə, dəyişikliklərdə qanunun bu müddəalarının pozulmasına görə inzibati cərimələr də nəzərdə tutulur. O cümlədən, müəyyən edilməmiş yerlərdə siqaret çəkənlər təxminən 450 dollar, hüquqi şəxslər isə 540 dollar cərimələnəcəklər.
Düzəlişləri iclasda iştirak edən Qırğızıstan parlamentinin 85 deputatından 73-ü dəstəkləyib.
Gözəl Həşimova