RU

Assanc Avstraliyada alqışlarla qarşılandı

Assanc Avstraliyada alqışlarla qarşılandı

WikiLeaks-in qurucusu Julian Assanc Avstraliyaya qayıtdıqdan sonra Kanberra hava limanında gurultulu alqışlarla qarşılanıb. AFN.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.Bildirilir ki, Assanc ABŞ-ın casusluq qanununu pozmaqda təqsirli olduğunu etiraf etdikdən sonra Avstraliyaya gedib. O, pandusdan çıxdıqdan sonra həyat yoldaşı Stellanı və atasını qucaqlayıb. WikiLeaks-in yaradıcısı daha sonra hüquq qrupu ilə birlikdə hava limanının binasına yollanıb.İyunun 24-də Assanc Londondakı Belmarş həbsxanasından azad edilib və Böyük Britaniyanı tərk edib. İyunun 25-də o, Şimali Mariana adaları məhkəməsində casusluqda günahını etiraf edib. Nəticədə, ABŞ-ın hərbi cinayətləri ilə bağlı məxfi sənədləri dərc etdiyinə görə jurnalistə qarşı qaldırılan iş Amerika prokurorları ilə razılaşmanın bir hissəsi kimi dayandırılıb.

Избранный
81
afn.az

1Источники