RU

“The Athletic” Oveçkinin müqaviləsini faydasız sayır

“The Athletic” rusiyalı hücumçu Aleksandr Oveçkinin “Vaşinqton”la müqaviləsini heç bir effekti olmayan sənəd sayır.

Həmin nəşrin əməkdaşı Harman Dayal paytaxt klubunun dörd ən pis müqaviləsi ilə bağlı icmal hazırlayıb. Oveçkinlə yanaşı, bu siyahıya hücumlular Ti Cey Oşi, Tom Uilson və müdafiəçi Nik Censen də düşüb:

“Oveçkinin 31 qolu 38 yaşlı hokkeyçi üçün çox parlaq nəticədi, ancaq o, nə dərəcədə tənəzzül edibsə, MHL-də ən pis müdafiə olunan hücumçulardan birinə çevrilib”.

Xatırladaq ki, Oveçkin 2021-ci ilin yayında “Vaşinqton”la ümumi dəyəri 47,5 milyon dollar olan 5 illik müqavilə bağlayıb. Rusiyalı ulduz müntəzəm çempionatın son mövsümündə keçirdiyi 79 oyunda 65 (31+34) xal toplayıb. Pley-offda keçirdiyi 4 oyunun heç birində məhsuldar hərəkətlə yadda qalmayıb. “Vaşinqton” pley-offun elə ilk mərhələsində “Reyncers”ə uduzmaqla (seriyanın hesabı – 0:4) Stenli kuboku uğrunda mübarizəni dayandırıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
24
football-plus.az

1Источники