RU

Culian Assanj vətəni Avstraliyaya qayıdıb

Wikileaks-in qurucusu Culian Assanj ABŞ-ın Saipan adasındakı məhkəməsindən azad edildikdən sonra vətəni Avstraliyaya gəlib.

Azpost.info bildirir ki, bu barədə Avstraliyanın ABC telekanalı xəbər verir.

“Uzun bir səyahətdən sonra Assanjın olduğu təyyarə Kanberraya çatıb”, – kanal qeyd edir.

Yerli KİV nümayəndələri Avstraliya paytaxtının hava limanında WikiLeaks-in yaradıcısını gözləyirlər. Bundan əlavə, Assanjın uçduğu uçuş Flightradar aviasiya xidmətində təxminən 54 min nəfər tərəfindən izlənilib.

Assanjı aparan təyyarə VIP terminala enib. Daha əvvəl bildirilmişdi ki, bu, kirayəsi 520 min dollara başa gələn şəxsi təyyarədir.

Qeyd olunur ki, yerli vaxtla saat 21:00-da (Moskva vaxtı ilə 14:00) WikiLeaks Kanberrada mətbuat konfransı keçirəcək. Assancın özünün orada iştirak edib-etməyəcəyi dəqiqləşdirilməyib.

Çərşənbə günü səhər Assanjın vəkili Barry Jay Pollack məhkəmədən sonra Wikileaks-in qurucusunun söz azadlığını müdafiə etməyə davam edəcəyini bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
22
azpost.info

1Источники