RU

"Sabah" Madriddə finala çıxdı

İspaniyanın paytaxtı Madriddə "MadCup" beynəlxalq turnirində çıxış edən "Sabah"ınU-10 komandası növbəti oyunlarını keçirib.

"Football-plus.az" xəbər verir ki, komanda qrup mərhələsində son oyununda Madrid "Atletiko"suna məğlub olub (2:8). Oyunda "Sabah"ın qollarına Ömər Şirəliyev və Nihad Həsənov imza atıb.

"Sabah" U-10 qrup mərhələsini 4-cü pillədə başa vuraraq, "Bürünc Liqa"da mübarizə aparmaq şansı qazanıb.

"Bürünc Liqa"nın 1/8 finalında Avstraliyanın "Vilyarreal" (Sidney) komandasını 4:1 hesabıyla məğlub edən Savalan Əlizadənin baş məşqçisi olduğu komanda 1/4 finala adlayıb. Matçda "Sabah"ın qollarını Əbülfəz Salahov, Həmzə Səfərli, Cavidan Ağayev və Timur Hacıyev vurub.

"Sabah" 1/4 finalda İspaniyanın "Avila Atletiko" komandası ilə qarşılaşıb. Görüş 5:1 hesabıyla "Sabah"ınxeyrinə başa çatıb. Qolları Timur Hacıyev (2), Yusif Məmmədli, Ayxan Hüseynli və Əbəlfəzabbas Qasımlı vurub.

Yarımfinalda isə İspaniyanın "Fundacion" klubunu 5:1 hesabıyla məğlub edən "Sabah" finala vəsiqə qazanıb. "Sabah"ın qollarına Timur Hacıyev (2), Cavidan Ağayev, Ayxan Hüseynli vəÖmər Şirəliyev imza atıblar.

Qeyd edək ki, iyunun 24-də isə turnirin təmtəraqlı açılış mərasimi olub. Açılış Madridin məşhur "Metropolitano" stadionunda keçirilib.

Избранный
80
12
football-plus.az

10Источники