RU

Evlilik ildönümünə tort sifariş edilmişdi - Zaqatalada ölən gəncin ACI TALEYİ

Zaqatalada boğazında qalan alça tumundan dünyasını dəyişən 30 yaşlı oğlanla bağlı ürəkdağlayan məlumat yayılıb.

7News.Az lent.az-a istinadən bildirir ki, bədbəxt hadisə nəticəsində ölən Bəhruz Sulxayevin dünən evliliyinin 5-ci ildönümü imiş.

Həyat yoldaşı bu münasibətlə rayondakı şirniyyat sexlərindən birinə tort sifariş edib. Sifarişi götürmədikləri üçün xanıma zəng ediblər. Xanım isə ağlaya-ağlaya həyat yoldaşını itirdiyini deyib. 

Xatırladaq ki, B.Sulxayev 2 uşaq atası imiş. 

Qeyd edək ki, rayonun Mamrux kənd sakini, 1994-cü il təvəllüdlü Bəhruz Sulxayev alça yeyərkən meyvənin tumu boğazına gedib. Nəticədə o qanaxmadan dünyasını dəyişib.

---------

Zaqatalada bədbəxt hadisə baş verib. 

7News.Az lent.az-a istinadən bildirir ki, hadisə rayonun Mamrux kəndində qeydə alınıb. 

Kənd sakini, 1994-cü il təvəllüdlü Bəhruz Sulxayev alça yeyərkən meyvənin tumu nəfəs borusuna düşüb.

Nəticədə o dünyasını dəyişib. 

7News.Az
Избранный
84
19
7news.az

10Источники