RU

Vətənə döndü, müqavilə imzalayan 14-cü futbolçu oldu

Azərbaycan yığmasının müdafiəçisi Bəxtiyar Hsənəlizadənin legioner həyatı başa çatıb. Ötən mövsümü Türkiyədə keçirən arxa xətt oyunçusu yenidən vətənə dönüb. «Şamaxı», «Kəpəz», «Səbail» və «Araz-Naxçıvan»dan dəvət alan «Sumqayıt»ın yetirməsi sonuncuları seçib. «Tuzlaspor»dan ayrılan Həsənəlizadə Muxtar Respublika təmsilçisi ilə 1 illik müqavilə imzalayıb.
“Araz-Naxçıvan” ona qədər Kristian Avram, Vadim Abdullayev, Nuno Rodriges, İqor Ribeyro, Miço Kuzmanoviç, Vanderson Melo, Elçin Mustafayev, Ramin Nəsirli, Tərlan Əhmədli, Urfan Abbasov, Ömər Buludov, Ülvü İsgəndərov və Turan Vəlizadə ilə müqavilə bağlayıb.
SPORTİNFO.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
30
sportinfo.az

1Источники