Cənubi Amerika ölkəsi Kolumbiyada silahla vurulduğu aşkarlanan 6 nəfərin cəsədi tapılıb.
"Cebhe.info" xəbər verir ki, Kolumbiya mətbuatında yer alan xəbərə görə, ölkənin Antioquia inzibati bölgəsindəki Kabeceras kəndində cəsədlər aşkar edilib.
Xəbər üzərinə hadisə yerinə gələn polis qrupları 6 nəfərin tapança ilə öldürüldüyünü təyin etdi.
Hadisə şahidlərinin sözlərinə görə, hücumu həyata keçirənlər avtomobil və motosikletlə ərazidən qaçıblar.
Şübhəlilərin tapılması üçün əməliyyat başladılıb.