RU

Silk Way West Airlines və China Henan Aviation Group arasında anlaşma memorandumu imzalanıb

Bakı. Trend:

Xəzər və Mərkəzi Asiya regionunun aparıcı yük aviaşirkəti olanSilk Way West Airlines və China Henan Aviation Group arasında AirCargo China 2024 sərgisində anlaşma memorandumu imzalanıb. Bustrateji tərəfdaşlıq Çjençjou ilə Bakı arasında havayükdaşımalarının səmərəliliyini artırmaq üçün Asiya-Sakit Okeanregionunu Avropa, Amerika və Afrika ilə birləşdirən möhkəmikitərəfli hab modelini yaratmaq məqsədi daşıyır.

Silk Way West Airlines ilk dəfə olaraq Air Cargo China 2024sərgisində iştirak etməklə aviaşirkətin qlobal miqyasdafəaliyyətini genişləndirmək və yeni biznes imkanlarını kəşf etməkkimi niyyətlərini nümayiş etdirir. Bu nüfuzlu tədbirə qoşularaqSilk Way West Airlines Asiya bazarında mövcudluğunu gücləndirmək vəbeynəlxalq hava yükdaşımaları sənayesində yeni tərəfdaşlıqlarqurmaq məqsədlərini daşıyır.

Silk Way West Airlines on ildən artıqdır ki, Çin bazarındauğurla fəaliyyət göstərir, xidmətlərini davamlı olaraqgenişləndirir və şəbəkəsini gücləndirir. China Henan Aviation Groupilə memorandum şirkətin inkişaf yolunda önəmli nailiyyət olaraqəlaqələrin gücləndirilməsini və yeni fürsətlərin yaradılmasını vədedir.

Bu əməkdaşlıq strateji məkanlar, geniş marşrut şəbəkəsi vəmüxtəlif qiymətli resurslar daxil olmaqla hər iki tərəfinüstünlüklərindən yararlanmaq fürsəti yaradacaq. Silk Way WestAirlines və China Henan Aviation Group birgə addımlar əsasındaÇjençjou və Bakı arasında yükdaşıma marşrutlarının tezliyiniəhəmiyyətli dərəcədə artırılmasını hədəfləyirlər. Bu təşəbbüsnəticəsində Çjençjou Asiya-Sakit Okean regionunun, Bakı isə Avropa,Amerika, Afrika və digər regionların mərkəzi hab mövqelərinitutacaqlar.

Silk Way West Airlines-ın Asiya-Sakit Okean regionu üzrəvitse-prezidenti Cenni Cao bildirib: "Biz China Henan AviationGroup ilə tərəfdaşlıq etməkdən məmnunuq. Bu əməkdaşlıq bizimÇjençjouda ötürmə qabiliyyətimizi və yükdaşıma həcmimizi artıracaq,rahat və səmərəli yerüstü dəstəyi təmin edəcək. Bu, “Bir kəmər, biryol” təşəbbüsü çərçivəsində ölkələrimiz arasında əməkdaşlığıngücləndirilməsi istiqamətində mühüm addım kimidəyərləndirilir”.

Əsası 2012-ci ildə İpək yolunun qəlbi sayılan Bakıdaqoyulmuş Silk Way West Airlines Heydər Əliyev BeynəlxalqAeroportunda yerləşən 12 müasir Boeing 777F, Boeing 747-8F və747-400F yük təyyarəsindən ibarət donanması ilə dünyanın müxtəlifölkələrinə hər ay yüzlərcə uçuş həyata keçirir.

Davamlılıq və səmərəlilik öhdəliyinə sadiq qalaraq, Silk WayWest Airlines 2030-cu ilə qədər donanmasını dörd Boeing 777F, ikiBoeing 777-8F və iki Airbus A350F daxil olmaqla müasir yüktəyyarələri ilə yeniləməyi planlaşdırır və onların vasitəsiləqlobal logistika ehtiyaclarını uğurla qarşılayacaq.

Aviaşirkətin illik yükdaşıma dövriyyəsi 500.000 tondanartıqdır, genişlənən marşrut şəbəkəsi isə Amerika, Avropa, MDBölkələri, Yaxın Şərq, Mərkəzi və Şərqi Asiya üzrə 40-dan çoxistiqaməti əhatə edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
18
9
az.trend.az

9Источники