RU

Lavrov: “Rusiya üçün mütləq prioritet Avropadan gələn təhlükəsizlik təhdidlərinin qarşısını almaqdır”

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya yalnız Qərb ölkələrinin Moskvanın təhlükəsizliyinə təhdid yaratmamasında maraqlıdır.

"Bizi yalnız bir şey maraqlandırır - təhlükəsizliyimizə heç bir təhdid Qərb istiqamətindən gəlməsin ", - Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri "Primakov oxunuşları" X Beynəlxalq Elmi Ekspert Forumunda çıxışı zamanı deyib.

Turkustan.az xəbər verir ki, Lavrovun sözlərinə görə, keçmişdə bəzi ölkələrin dominantlığı təmin etmək istəyi faciəvi şəkildə başa çatıb.

“Əgər biz dünya tarixinin... aspektlərinə müraciət etsək, bu... öyrədir ki, hər hansı bir dövlətin qlobal hegemonluq qurmaq istəyi bu dövlətin özü üçün həmişə faciəvi nəticələrə çevrilir”, - Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri xatırladıb.

Rusiya diplomatiyasının rəhbəri həmçinin vurğulayıb ki, BMT-də mövcud reallıqları nəzərə alaraq islahatların aparılması zəruridir, lakin təşkilatın katibliyinin demək olar ki, tamamilə Qərbə tabe olması səbəbindən bunu etmək çətindir.

"Həyat hələ də dayanmadığına görə hesab edirəm ki, BMT-də islahatların aparılması, onun müasir çoxqütblü reallıqlara uyğunlaşdırılması səylərini davam etdirmək lazımdır".

Eltac Zülfüqaroğlu/Turkustan.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
45
turkustan.az

1Источники