RU

Müharibə başlayandan Ukraynada 551 uşağı öldürüb, 1401 nəfəri yaralayıb

“Ukraynada 1952-dən çox uşaq Rusiya Federasiyasının genişmiqyaslı silahlı təcavüzündən əziyyət çəkib”.

“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.

Qeyd edilib ki, 26 iyun 2024-cü il səhər saatlarına olan məlumata görə, yetkinlik yaşına çatmayan 551 uşaq həlak olub, 1401-dən çoxu isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb”.

Ən çox Donetsk vilayətində - 547, Xarkov vilayətində - 395, Xerson vilayətində - 152, Dnepropetrovsk vilayətində - 151, Kiyevdə - 130, Zaporojjya vilayətində - 108, Nikolayev vilayətində - 107 uşaq zərər görüb.

İyunun 23-də rus ordusunun Xarkovu atəşə tutması nəticəsində 15 və 16 yaşlı iki, Donetsk vilayətində Selydove şəhərinin atəşə tutulması nəticəsində də 10 və 13 yaşlı iki oğlan olmaqla, 4 nəfər yaralanıb.

İyunun 24-də Rusiyanın Donetsk vilayətində Drujkivka və Pokrovsk şəhərlərini atəşə tutması nəticəsində 9, 11 və 13 yaşlı üç qız və 12 və 16 yaşlı iki oğlan yaralanıb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
74
ikisahil.az

1Источники