RU

BAŞLANDI! Ermənilər Qarabağa qayıtmaq üçün adam toplayır

Bir zamanlar Qarabağda separatçılıqla məşğul olan, hətta qondarma “təhlükəsizlik şurasının katibi” olan Samvel Babayan Xankəndinə qayıtmaq üçün adam toplayır. Tribunainfo.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
Həmin məlumatda deyilir ki, separatçı öz adamları vasitəsi ilə ermənilərə xəbər göndərib ki, ona geri dönmək üçün 2000 nəfər adam lazımdır. “Babayanın qohumları Qarabağ ermənilərinə çatdırırlar ki, əgər 2000 nəfər toplaşarsa, onlar məcburi köçkün olduqları kimi kortejlə Xankəndinə qayıdacaqlar. Hətta deyib ki, o və adamları Azərbaycanın tərkibində Qarabağda yaşamağa hazırdırlar”.
“Hraparak” yazır ki, Babayan bu yürüşə şəxsən özünün rəhbərlik edəcəyini də bildirib. “Vaxtıyla Azərbaycanla danışıqlar aparan və Azərbaycanın tərkibində yaşamağa razı olan bu adama dəstək verən yoxdur. Çünki Xankəndidən köçənlər Azərbaycandan daha ciddi təminatlar istəyir və bu olmadan geri dönmək fikirində deyillər”.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
15
tribunainfo.az

1Источники