RU

Elektron siqaretlərə qadağa gəlir: Tərgidənlərə pul veriləcək

Avstraliya gələn həftədən etibarən apteklərdən kənarda elektron siqaretlərin satışını qadağan etməyə hazırlaşır.

Hökumətin hazırladığı qanun layihəsinə görə, yaşı 18-dən aşağı olanlar yalnız həkim resepti ilə apteklərdən elektron siqaret ala biləcəklər. Elektron siqareti tərgitmiş gənclərə dəstək üçün əlavə vəsait də ayrılacaq.

Hökumət təcili tədbirlər görülməsə, nikotin asılılığı olan nəslin yetişəcəyi ilə bağlı xəbərdarlıq edib.

İyulun 1-də qüvvəyə minəcək qanunla Avstraliya elektron siqaretləri qadağan edən ilk ölkə olacaq.  / Publika.az 

Избранный
102
50
referans.az

10Источники