RU

Zelenski Donetsk vilayətinə baş çəkib

Ukrayna prezidenti Volodimir Zelenski Donetsk vilayətinin rəsmi Kiyevin nəzarətində olan hissəsinə səfər edib.

 

Modern.az xəbər verir ki, bu barədə UNIAN məlumat yayıb.

 

"Mən burada, Donetsk vilayətində insanların təhlükəsizliyi və dəstəyi ilə bağlı görüş keçirdim - çoxlu suallar var idi - su, sosial məsələlər, evakuasiya, müdafiəyə kömək, mənzillərin bərpası”, - deyə o bildirib.

 

Prezident əlavə edib ki, Kiyevdə, xüsusən də Donetsk vilayətində və cəbhəyə yaxın digər yerlərdə, insanların təcili qərar qəbul etməli olduğu icmalarda məmurlarla ayrıca görüş keçiriləcək.

 

“Kiyevdən sadəcə olaraq görünməyən qərarlar və bəzi müvafiq məmurların altı ay və ya daha çox müddətdə burada olmaması məni təəccübləndirdi”, - deyə Zelenski fikrini yekunlaşdırıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
24
5
modern.az

6Источники