Manset.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib ki, iyunun 26-da səhər saat 8:00-8:30 radələrində yağan leysan yağış nəticəsində Qax rayonu ərazisindən axan Kürmükçaydan, Qəbələ rayonu ərazisindən axan Dəmiraparançaydan və Şəki rayonu ərazisindən axan Kişçaydan sel keçib və hazırda davam edir:
"Avtomat stansiyalar vasitəsilə çaylarda suyun səviyyəsi mütəmadi izlənilir".