RU

Polad Həşimovu, Mübariz İbrahimovu özünə kumir seçən əsgər və zabitlərimiz düşmənin layiqli cavabını verdilər - Paytaxt sakini

Bakı. Trend:

Şanlı Ordumuz İkinci Qarabağ müharibəsində dünyaya səs salacaqqələbə qazandı.

Bunu Trend-əaçıqlamasında paytaxt sakini Murad Əhmədov deyib.

O bildirib ki, qələbəmizin əsas təməli hərbi və siyasi cəhətdənyaxşı hazırlaşmağımız olub.

"Ordumuz texniki və taktiki cəhətdən güclü olub. Biz bunutorpaqlarımız erməni işğalından azad edilərkən gördük. Neçə illəridi ki, torpaqlarımızın azad olunması üçün müharibəni gözləyirdik.Polad Həşimov, Mübariz İbrahimov kimi qəhrəmanlarımızı özünə kumirseçən əsgər və zabitlərimiz düşmənin layiqli cavabını verdilər vəqalib gəldik. Bizim orduya, millətə qələbə yaraşır", - deyə o qeydedib.

Qeyd edək ki, bu gün Azərbaycan Silahlı Qüvvələrininyaranmasının 106 ili tamam olur. 1918-ci il iyunun 26-da AzərbaycanXalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbihissə - Əlahiddə Azərbaycan Korpusu yaradılıb.

Həmin il mayın 28-də qəbul edilmiş "İstiqlal bəyannaməsi"ndəqeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiəetmək, daxili düşmən qüvvələrini zərərsizləşdirmək üçün nizamiorduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır.Hökumət tərəfindən 25 min nəfərlik ordu yaratmaq vəzifəsi irəlisürüldü. Avqustun 1-də Azərbaycanın Hərb Nazirliyi təsis olundu,ilk müdafiə naziri isə Xosrov bəy Sultanov təyin edildi.

Azərbaycanda ilk hərbi parad 1919-cu ildə Bakıda, indiki MuzeyMərkəzinin yerləşdiyi ərazidə keçirilib. Qısa müddətdə Milli OrduQafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzalarıerməni-bolşevik işğalından azad edə bilmişdi. 1920-ci ildəAzərbaycan sovet işğalına məruz qaldıqdan sonra hərbi nazirlik ləğvolundu, ordumuzun 15 generalı bolşeviklər tərəfindəngüllələndi.

1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra AzərbaycanOrdusunun yaradılması haqqında qərar qəbul edildi. Ulu öndər HeydərƏliyevin 1998-ci il 22 may tarixli Fərmanına əsasən, 26 İyunSilahlı Qüvvələr Günü elan olundu.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
24
az.trend.az

1Источники