RU

Ermənistan NATO-ya üzv olmaq niyyətində olmadığını bəyan edib




Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə münasibətlərin soyuması fonunda Ermənistan NATO-ya daxil olmaq niyyətində deyil. “İzvestiya” xəbər verir ki, bu barədə Milli Assambleyanın (respublika parlamenti) “Mülki müqavilə” fraksiyasının üzvü Aleksey Sandıkov məlumat verib.
Onun sözlərinə görə, 1990-cı illərdən etibarən Ermənistanın NATO ilə əməkdaşlığının “zaman kimi köhnə” forması var və o vaxtdan bəri heç nə dəyişməyib. O, həmçinin qeyd edib ki, İrəvanın təşkilatda iştirakının dondurulmasına baxmayaraq, Ermənistanın KTMT-dən çıxması gündəmdə deyil.

Bundan əvvəl KTMT-nin baş katibi İmanqali Tasmaqambetov Ermənistanı KTMT-dəki statusunu rəsmən aydınlaşdırmağa çağırıb. Eyni zamanda, baş katib qeyd edib ki, təşkilat İrəvan qarşısında öhdəliklərini qoruyur.

aia.az
Tərcümə şöbəsi



Избранный
68
aia.az

1Источники