RU

Ukrayna Tramppın müşavirlərinin atəşkəs təklifini rədd edib

Ukrayna Trampın müşavirlərinin atəşkəs təklifini rədd edib.

Bu barədə “Reuters”in yaydığı məlumatda bəyan edilib. Qeyd edilir ki, məsələyə münasibət bildirən ofis rəhbərinin müşaviri Mixail Podolyak deyib ki, Tramp komandasının atəşkəs təşəbbüsünü qəbul edilməz adlandırıb.

Onun sözlərinə görə, Ukrayna heç vaxt indiki sərhədlər çərçivəsində atəşkəsə razı ola bilməz. Belə ki, bu, işğala məruz qalan ərazilərin itirilməsi demək olardı.

Bundan əvvəl agentlik Trampın müşavirləri Keyt Kelloq və Fred Fleytsin Kiyevin Moskva ilə danışıqlardan imtina edəcəyi təqdirdə Ukraynanı Amerikanın dəstəyindən məhrum etməyi təklif etdiyini bildirmişdi. Onlar həmçinin işarə ediblər ki, Rusiya danışıqlardan imtina edərsə, ABŞ Ukraynaya yardımı artırmalıdır.

Oxuməni.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
20
oxumeni.az

1Источники