RU

Qəbələdə Nohurqışlaqdan keçən magistral yolda hərəkət bərpa edilib

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə güclü külək səbəbindən Qaraməryəm-İsmayıllı-Şəki magistral avtomobil yolunun Qəbələ rayonunun Nohurqışlaq kəndi ərazisindən keçən hissəsində 2 ədəd irigövdəli ağacın aşması və nəticədə magistiral yolun bağlanması barədə məlumat daxil olub.

APA nazirliyin saytına istinadən xəbər verir ki, daxil olan məlumatla əlaqədar dərhal FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasediciləri çağırış ünvanına cəlb olunublar.

Xilasedicilər müvafiq vasitələrlə aşmış ağacların hissələrə kəsilərək yoldan götürülməsini, bununla da magistral yolda sərbəst hərəkətin bərpasını təmin ediblər.

Qəbələdə
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
16
18
apa.az

10Источники