RU

Azərbaycan klubu “Jirona”nın sabiq ûzvünü transfer etdi – EKSKLÜZİV

Yeni mövsüm öncəsi əsas heyətin bir çox üzvünü itirən “Kəpəz” transfer çalışmalarını sürətləndirib.

İdmanxeber.az-a daxil olan məlumata görə, Papunaşvili, Onanuqa, Junior Martins, İqor Rodrigez, Mate Kvirkiviya kimi legionerlərin getməsinə mane ola bilməyən Gəncə təmsilçisi heyətini karyerasının böyük hissəsini İspaniyada keçirmiş Kərim El Kouça ilə gücləndirir. İspaniyanın “Jirona” klubunun əvəzedici komandasında çıxış etmiş 23 yaşlı vingerlə danışıqlar müsbət yekunlaşıb və onunla yaxın günlərdə müqavilə imzalanacaq.

Son olaraq Andorra çempionu “Santa Koloma”da çıxış etmiş mərakeşli futbolçu başa çatan mövsümdə 22 oyunda meydana çıxıb, 11 qol vurub, 7 məhsuldar ötürmə edib.

Qeyd edək ki, karyerasına İspaniyanın “Damm” klubunda başlayan futbolçu, müxtəlif illərdə elə həmin ölkənin “Pobla de Mafumet, “Ximnastik”, “Terrassa” kimi komandalarında çıxış edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
20
idmanxeber.az

1Источники