İsveçrədə keçirilən Ukrayna sammitinin əsas uğuru Kiyevin Moskva ilə əlaqə yaratmağa söz verməsi olub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, “Time” bunu Vladimir Zelenskinin bəyanatına istinadən yazır.
"Daha pauza yoxdur. Biz sülhə doğru ilk konkret addımı atdıq", - deyə Ukrayna lideri bildirib.
Həmçinin bildirilir ki, Ukrayna prezidenti Andriy Ermakın aparat rəhbəri konfransın sonunda “ruslarla üz-üzə görüş” olacaq mühüm sınaq üçün hazırlıqlara başlayıb.
“Time”ın xatırladığına görə, mübahisəni həll etmək üçün ilin sonunda Səudiyyə Ərəbistanında keçirilməsi gözlənilən növbəti sammitə Rusiyanın dəvət ediləcəyi vəd edilmişdi.