RU

"Bu gün Azərbaycan Silahlı Qüvvələri müasir texnika ilə təchiz edilməklə yanaşı, həm də yüksək döyüş taktikasına malikdir" - Emil Əkbərov

"Bu gün Azərbaycan Silahlı Qüvvələri müasir texnika ilə təchiz edilməklə yanaşı, həm də yüksək döyüş taktikasına malikdir" - Emil Əkbərov

"Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 106 ili tamam olur".

Bunu Sonxeber.az-a danışan "BİG Meida" MMC-nin rəhbəri Emil Əkbərov bildirib.

Emil Əkbərov qeyd edib ki, 44 günlük Vətən müharibəsində Ali Baş Komamdan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu qısa müddət ərzində düşməni məhv edərək ərazi bütövlüyümüzü bərpa etdi:

"4 ildir ki, 26 İyun - Silahlı Qüvvələr Gününü qalib xalq kimi qeyd edirik. Ümummilli lider Heydər Əliyevin başlatdığı ordu quruculuğunu cənab Prezident İlham Əliyev uğurla davam etdirib. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm qələbə bu illər ərzində ordu quruculuğu sahəsində zamanında atılan addımların nəticəsidir. Əlbəttə, güclü ordunun formalaşması ölkənin iqtisadi gücündən asılıdır. Çünki istənilən ölkənin hərbi potensialı iqtisadi imkanlarından asılıdır.

44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbə göstərdi ki, Ali Baş Komandan tərəfindən bu sahədə atılan addımlar və onun seçdiyi strategiya torpaqlarımızın işğaldan azad olunmasına, ərazi bütövlüyümüzün təmin edilməsinə yönəlib. Bu gün dünyanın ən güclü ordularından birinə çevrilən Azərbaycan Silahlı Qüvvələri zəruri silah-sursat və müasir texnika ilə təchiz edilməklə yanaşı, həm də yüksək döyüş taktikasına malikdir. Əlbəttə, silahlı qüvvələrimizin şəxsi heyətinin döyüş ruhunun yüksək olması, peşəkarlığı Azərbaycanın 44 gün davam edən Vətən müharibəsində qələbə qazanmasında həlledici rol oynadı".

Emil Əkbərov vurğulayıb ki, bu gün xalq olaraq cənab prezident İlham Əliyev kimi güclü Sərkərdəyə və dövlət başçısına sahib olduğumuz üçün çox şanslıyıq:

" Bugünkü bayram münasibətilə başda Ali Baş Komandan İlham Əliyev olmaqla, Müzəffər Azərbaycan Ordusunun qəhrəman oğullarını təbrik edirəm. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyirəm".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
22
2
sonxeber.az

3Источники