RU

Video / Sosial"50" nömrəli avtobusun sürücüsündən özbaşınalıq: "Nəğd pulun yoxdursa, düş aşağı" - VİDEO

SİZİN REKLAM BURADA!055 213 76 73

Paytaxtın Suraxanı rayonu yeni Günəşli qəsəbəsinin sakinlərinin marşurut problemi yaranıb.

BAKU.WS xəbər verir ki, sakinlər ərazi üzrə təyin edilmiş "50" mömrəli avtobusun sürücüsündən şikayətçidirlər.

Bu barədə BAKU.WS-in "Qaynar Xətti"nə video və məlumat daxil olub.

Sakinlər qeyd edib ki, gündəlik olaraq istifadə etdikləri avtobus 40-45 dəqiqə gecikmə intervalı ilə hərəkət edir. Bununla yanaşı sözügedən marşurut xəttinin sürücüsü sərnişinlərlə kobud rəftar edir. 

Avtobusda "BakıKART"la ödəniş üçün aparat yerləşdirilsə də, işləmir. Sürücü avtobusa minən sərnişinlərdən nəğd ödəniş etmələrini tələb edir. Bunu etmədikdə onların marşurutdan enmələrini istəyir.

Bəzi sərnişinlər ödənişi nəğd formada sürücünün arxasında əyləşən şəxsə verirlər. 

BAKU.WS sözügedən görüntüləri təqdim edir:

BAKU.WS VİDEO

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
6
1
far.az

2Источники