Rusiya Müdafiə Nazirliyi Ukrayna əsirliyindən azad edilmiş rus hərbçilərinin Moskvaya gətirildiyini bildirib.
Yenisabah.az xəbər verir ki, nazirliyin teleqram kanalında dərc olunan mesajda deyilir: “Azad edilən Rusiya hərbi qulluqçuları hərbi nəqliyyat təyyarələri ilə Moskvaya çatdırılıb.
Rusiya və Ukraynanın 90-90 formatında əsir dəyişdirdiyi məlum olub.
"Rusiya hərbi qulluqçuları əsirlikdən qayıdanda Birləşmiş Ərəb Əmirlikləri humanitar vasitəçilik edib", - deyə Rusiya Müdafiə Nazirliyi qeyd edib.
Telegram kanalımız