RU

Ərdoğan bu gün Baxçalı ilə görüşəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün saat 16.00-da Prezident İqamətgahında MHP sədri Dövlət Baxçalı ilə görüşəcək.

"Cebhe.info" xəbər verir ki, Prezident Administrasiyasının Kommunikasiya direktoru Fahrettin Altun, Prezident Rəcəb Tayyib Ərdoğanın bu gün saat 16.00-da MHP sədri Dövlət Baxçalı ilə görüşəcəyini açıqlayıb.

Altun sosial media hesabındakı paylaşımında görüşün Prezident İqamətgahında baş tutacağını bildirib. Görüşün əhəmiyyəti ilə bağlı bildirilib:

"Hər iki liderin "Cümhur İttifaqı"nı xüsusi vurğuladığı bir dövrdür. Eyni zamanda, siyasətdə normallaşma prosesinin başladığı bir dövrdə ilk dəfə üz-üzə görüşəcəklərini söyləyə bilərik".

Qeyd edilir ki, MHP lideri Baxçalının son açıqlamaları müzakirə mövzusu olmuşdu, Prezident Ərdoğan "Cümhur İttifaqı"na dəstək üçün mühüm mesajlar vermişdi. O, "Cümhur İttifaqın"da qopmalar yaratmaq cəhdlərinə göz yummacağıq",- deyib.

Eyni zamanda, bunabənzər mesajlar AK Partiyadan gəlmişdi və AK Partiya sözçüsü Ömər Çelik də həftənin əvvəlində keçirilən Mərkəzi İdarə Heyətinin toplantısından sonra oxşar açıqlamalar verib. Bu baxımdan "Cümhur İttifaqı"nın gündəmdə olduğunu vaxtda iki liderin üz-üzə görüşməsinin çox əhəmiyyətli olduğu vurğulanıb.

Nigar

"Cebhe.info"

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
46
49
cebheinfo.az

10Источники