RU

Rusiya iki Afrika ölkəsinə vizasız rejim tətbiq etməyi planlaşdırır

Rusiya iki Afrika ölkəsi, Keniya və Çadla vizasız rejim tətbiq etmək imkanını nəzərdən keçirir.

Editor.az bu barədə “İzvestiya” qəzetinə istinadla yazır. Bu istiqamətlərin rusiyalı turistlər arasında getdikcə populyarlaşdığı vurğulanır. Məsələn, Keniyaya səyahət 40 faiz artıb. “Vizaların ləğvi səyahəti asanlaşdırır və daha əlçatan edir; bu, Keniya iqtisadiyyatına, xüsusilə qonaqpərvərlik və digər əlaqəli sənayelərə müsbət təsir göstərə bilər”,- Rusiya-Afrika klubunun Afrika diasporları ilə iş üzrə komissiyasının sədri Lui Quend deyib.

“Keniya həmişə müxtəlif ölkələrdən, o cümlədən Rusiyadan gələn turistlərin diqqətini cəlb edib. Bununla belə, xüsusilə Keniyadakı etirazlara görə Rusiyada təhlükəsizliklə bağlı narahatlıqlar var”,-deyə o əlavə edib.

Bundan əvvəl iqtisadi inkişaf naziri Maksim Reşetnikov Rusiyanın daha 6 ölkə ilə viza rejiminin ləğvinə ümid etdiyini açıqlamışdı. Hazırda Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, Oman, Malayziya və Myanma ilə danışıqlar davam edir.

//Gülnarə Abasova, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
35
1
editor.az

2Источники