RU

Neymar futbolun gələcək dünya ulduzunun adını çəkdi

“Əl-Hilal”ın braziliyalı hücumçusu Neymar yaxın gələcəkdə kimin dünya futbolunda ulduza çevriləcəyi ilə bağlı fikirlərini paylaşıb.

Arena.az Braziliya millisinin də üzvü olan ulduz futbolçunun bu barədə fikirlərini təqdim edir:

“Gələcəyin ulduzumu? Məncə, “Palmeyras”dan olan Estevan Braziliya futbolunda böyüyən böyük istedaddır. Düşünürəm ki, o, dahi olacaq!”, deyə Neymar vurğulayıb.

Xatırladaq ki, Braziliyanın “Palmeyras” klubunun “Messinyo” ləqəbli hücumçusu Estevan Villian bir neçə gün öncə İngiltərə nəhəngi “Çelsi” ilə müqavilə bağlayıb. 17 yaşlı braziliyalı futbolçu ilə imzalanmış müqavilənin müddəti və digər detalları açıqlanmayıb. Estevan yeni klubunun düşərgəsinə 2025-ci ilin yayında qoşulacaq. “Çelsi” bu keçid üçün “Palmeyras”a 34 milyon avro ödəyib.

Messinyo futbolda ilk addımlarını “Kruzeyro”da atmağa başlayıb. 2021-ci ildən isə o, “Palmeyras”da çıxış edir. Gənc futbolçu bu klubun əsas komandasında 23 oyuna çıxıb, 4 qol və 3 məhsuldar ötürmə müəllifi olub.

Estevan həm də Braziliyanın U-17 millisinin üzvüdür.

“Transfermarkt” internet-portalı 17 yaşlı futbolçunun transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
10
arena.az

1Источники