Bakı. Trend:
Avropa İttifaqı (Aİ) Şurası Lüksemburqda Avropa işləri üzrənazirlər səviyyəsində keçirilən iclas zamanı Aİ ilə Ukraynaarasında təhlükəsizlik sazişinin müddəalarını təsdiqləyib.
Trend-in xəbərinə görə, bu barədə Aİ Şurasına sədrlik edənBelçikanın xarici işlər naziri Hadija Labib görüşdən sonra məlumatverib.
"Aİ Şurası bu gün Aİ və Ukrayna arasında qarşılıqlıtəhlükəsizlik öhdəlikləri haqqında sazişin müddəalarınıtəsdiqləyib", - deyə o bildirib.
Hadija Labib bu sənədin məzmunu ilə bağlı təfərrüatıaçıqlamayıb.
Sənədin Ukrayna Prezidenti Volodimir Zelenskinin dəvətli qonaqqismində çıxış edəcəyi Aİ sammitində imzalanması gözlənilir.