RU

Argentina vaxtından əvvəl 1/4 finalda

İyunun 25-dən 26-na keçən gecə Amerika Kubokunun 2-ci turunda Çili və Argentina yığmaları üz-üzə gəlib.

Publika.az xəbər verir ki, Argentina 1:0 hesabı ilə qalib gəlib. Yeganə qolu oyunun 88-ci dəqiqəsində Lautaro Martines vurub. Bu qələbə Argentina millisinə iki turdan sonra qrupdan erkən çıxmağa vəsiqə verib.

Qrupun digər oyununda Kanada minimal hesabla Peruya qalib gəlib – 1:0. Hazırkı dünya çempionları A qrupunda altı xalla turnir cədvəlinə başçılıq edir, Kanada üç xalla ikinci yerdədir. Peru və Çili millilərinin hərəyə bir xalı var.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
28
publika.az

1Источники