RU

Daniele De Rossi daha 3 il “Roma”da - Rəsmi

“Roma”nın baş məşqçisi, italyan mütəxəssis Daniele De Rossi “canavarlar”la müqaviləsinin müddətini uzadıb.

Arena.az xəbər verir ki, 41 yaşlı məşqçi “Roma” ilə müddəti 2027-ci ilin 30 iyununa qədər nəzərdə tutulmuş yeni müqavilə imzalayıb.

Bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb. İtalyan mütəxəssisin paytaxt təmsilçisi ilə əvvəlki müqaviləsi bu il iyun ayının sonuna qədər qüvvədə idi.

Xatırladaq ki, Daniele De Rossi “canavarlar”ın sükanı arxasında yanvarın 16-da gözlənilmədən istefaya göndərilmiş portuqal mütəxəssis Joze Mourinyonu əvəz etmişdi. De Rossi Mourinyonun başladığı işi layiqincə davam etdirib. “Canavarlar” geridə qalmış mövsümdə İtaliya çempionatında 38 oyuna topladıqları 63 xalla 6-cı pilləni tutublar. İtalyan mütəxəssis “Roma”nı 26 oyuna çıxarıb, 14 qələbə qazanıb, 6 heç-heçə edib, 6 məğlubiyyət acısı yaşayıb. “Canvarlar”ın top fərqi isə 48:32 nisbətindədir.

2021-ci ilin martında Daniele De Rossi AÇ-2020-nin sonuna qədər texniki köməkçi vəzifəsini tutaraq, İtaliya yığmasında Roberto Mançininin məşqçilər qərargahında olub. İtaliya yığması AÇ-2020-də qələbə qazanıb. 2021-ci ilin avqustunda De Rossi milli komandanın məşqçilər qərargahından istefa verdiyini açıqlayıb və 2022-ci ilin oktyabrında müstəqil məşqçilik karyerasına başlayıb. De Rossi B Seriyasının təmsilçisi SPAL-ın sükanı arxasına keçib.

Daniele De Rossi 2002-2019-cu illər aralığında “Roma”da çıxış edib. Bu müddət ərzində dayaq yarımmüdafiəçisi bütün yarışlarda “canavarlar”ın heyətində 626 oyunda iştirak edib, 63 qol vurub, 60 məhsuldar ötürmə vedib.

“Roma” azarkeşləri Daniele De Rossini Françesko Totti ilə bərabər klubun canlı əfsanəsi adlandırırlar.

Избранный
149
arena.az

1Источники