RU

Ukrayna ordusu bu istiqamətdə irəlilədi...- Amerika analitikləri...

"Ukraynada genişmiqyaslı müharibə davam edir və əsgərlərimiz Xarkov vilayətinin Volçansk şəhərində düşmənlə döyüşlərdə irəliləyiblər. Bu ərazidə Ukrayna dövlətinin müdafiəçiləri bu yaxınlarda Soborna küçəsi boyu bir qədər irəliləyiblər”. 
 
Moderator.az xəbər verir ki, “UNİAN”-ın yaydığı məlumata görə, Amerika Müharibənin Öyrənilməsi İnstitutu-("ISW") geolokasiya görüntülərinə istinadla xəbər verir.
 
"Ukrayna qoşunları bu yaxınlarda 25 iyunda Xarkov vilayətinin şimalında davam edən döyüşlər fonunda Volçanskda (Xarkovun şimal-şərqində) irəliləyib... Döyüşlər Xarkovdan şimalda Liptsı və Qlubokoe yaxınlığında və Xarkovdan şimal-şərqdə Volçansk və Tixoye yaxınlığında davam edib...", - deyə analitiklər bildiriblər. .
 
Rusiya işğalçıları mayın əvvəlində Xarkov vilayətində fəal irəliləməyə başlayıblar və sərhədə yaxın bir neçə yaşayış məntəqəsini ələ keçirə biliblər. İyunun əvvəlində “Xortitsa” əməliyyat-strateji qoşun qrupunun spikeri Nazar Voloşin bildirib ki, Ukrayna  döyüşçüləri Volçanskın təxminən 70%-nə nəzarət edirlər.
 
Sonradan məlumat verilib ki, bu şəhərdə düşmənlər tələyə düşüblər - onlar aqreqat zavodunun ərazisində mühasirəyə alınıblar. "DeepState"-in həmtəsisçisi Roman Poqorelinin sözlərinə görə,  neçə işğalçının mühasirəyə düşdüyü dəqiq məlum deyil.
 
S.Laçın
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
24
2
moderator.az

3Источники