RU

Dünyanın ən yaşlı futbolçusu klubunu DƏYİŞDİ

Dünyanın ən yaşlı futbolçusu Kazuyoşi Miura klubunu dəyişib.

Bizim.Media xəbər verir ki, o, karyerasını "Atletiko Suzuka"da davam etdirəcək. Bu barədə sözügedən klubun saytı məlumat yayıb.

"Atletiko Suzuka" müqavilə ilə "Yokohama"ya məxsus olan 57 yaşlı hücumçunu icarəyə götürüb. Komanda Yaponiyanın 4-cü divizionunda mübarizə aparır. 
Xatırladaq ki, Kazuyoşi Miura son mövsümü Portuqaliyanın ikinci liqasında yarışan "Oliveyrense"də keçirib.

Bizim.Media

Избранный
130
bizim.media

1Источники