RU

Əfsanəvi yarışçı yüksək sürətlə beton divara çırpıldı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Məşhur ABŞ-li yarış pilotu Con Forsun idarə etdiyi "Chevrolet Camaro SS" partlayıb və daha sonra 486 kilometr/saat sürətlə beton qoruyucu divara çırpılıb.
Faciə "PlayNHRA Virginia Nationals" yarışmasının birinci turunda avtomobil finiş xəttini keçərkən baş verib.
Qəzaya səbəb mühərrikin nasazlığı olub.
75 yaşlı kişi helikopterlə xəstəxanaya çatdırılıb. Onunla birgə qızı, ikiqat "NHRA Top Fuel" çempionu Brittani Fors da yarışıb.
Qeyd edək ki, Con Fors 157 NHRA tədbirində qalib gəlib. O, bu mövsüm 21 yarışdan doqquzunda yarışaraq "2024 NHRA Funny Car" reytinqində ikinci yerdədir.
Mənbə: NEWS.ru
Избранный
108
3
oxu.az

4Источники