RU

Rusiya əsirliyindən azad edilənlər arasında “Azovstal”ın 52 müdafiəçisi var

Rusiya

Kiyev, 26 iyun, AZƏRTAC

Ukrayna Rusiya ilə növbəti hərbi əsir mübadiləsi həyata keçirib. Ukraynanın 90 hərbçisi vətənə qayıdıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqram səhifəsində yazıb.

Prezidentin sözlərinə görə, əsirlikdən geri qaytarılanlar: Milli Qvardiyanın, Hərbi Dəniz Qüvvələrinin əsgərləri, terrorçulardan müdafiə döyüşçüləri və sərhədçilərdir. Onlar Mariupol və Çernobıl Atom Elektrik Stansiyasını müdafiəsində, həmçinin Xerson, Donetsk, Xarkov, Zaporojye və Luqansk istiqamətlərində döyüşüblər.

Öz növbəsində, Prezident Ofisi Aparatının rəhbəri Andrey Yermak bildirib ki, mübadilə nəticəsində “Azovstal”ın 52 müdafiəçisi azad edilib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
12
3
azertag.az

4Источники