RU

RegionDağıstanda atışma xəbərləri təkzib edilib - YENİLƏNİB

Dağıstanın paytaxtı Mahaçqalanın Lenin rayonunda heç bir hadisə baş verməyib.

“Report” xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Dağıstan Respublikası üzrə İdarəsi məlumat verib.

"Bir şahiddən universitet meydanında silahlı şəxsi gördüyünü bildirən məlumat daxil olub. Dərhal bir neçə polis dəstəsi göndərildi, ərazi əhatəyə alındı. Kinoloqların iştirakı ilə ərazi və ətraf sahə hərtərəfli yoxlanılıb. Məlumat təsdiqlənməyib. Hər şey qaydasındadır", - qurumdan bildirilib.

Bundan bir müddət əvvəl şəhər administrasiyası, eləcə də Lenin rayonunun rəhbərliyi yerli sakinlərə şəhərin qeyd olunan hissəsindəki vəziyyət barədə xəbərdarlıq edib.

00:44

Hüquq-mühafizə orqanlarının əməkdaşları Dağıstanın paytaxtı Mahaçqalanın mərkəzində, Korkmasov və Radişşov küçələrinin kəsişməsində yerləşən universitetin meydanını bağlayıblar.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə şəhərin Lenin rayonunun teleqram kanalında dərc olunan məlumatda deyilir.

Administrasiyadan verilən məlumata görə, Mahaçqala sakinlərindən evlərini tərk etməmək xahiş olunur:

"Lenin rayonunun hörmətli sakinləri! Şəhərdə yenə gərginlik var. Gecə saatlarında çölə çıxmaqdan çəkinməyinizi xahiş edirik. Diqqətli və ayıq olun".

Məlumata görə, ərazi mühasirəyə alınıb və orada bir neçə polis dəstəsi var.

Избранный
28
far.az

1Источники