Almaniyada təşkil olunan Avropa çempionatının D qrupunda III turun oyunları keçirilib.
Sportinfo.az xəbər verir ki, Fransa Polşa ilə heç-heçə edib - 1:1.
Beləliklə, Avstriya yığması qrup lideri kimi 1/8 finala yüksəlib. Fransa millisi isə ikinci yerin sahibi kimi növbəti mərhələyə vəsiqə qazanıb.