Çeçenistanın rəhbəri Ramzan Kadırov Dağıstanda törədilən silsilə terror aktlarından sonra respublikada ictimai təhlükəsizliyin təmin edilməsi istiqamətində işi gücləndirməyi əmr edib.Elchi.az xəbər verir ki, o, həmçinin regionun hüquq-mühafizə orqanlarının rəhbərliyini terrorizm və dini ekstremizmin qarşısının alınması istiqamətində səyləri gücləndirməyə çağırıb.“Avropa ölkələrindən gələn radikal ideologiyaya qarşı mübarizəyə xüsusi diqqət yetirilməlidir”, – deyə Kadırov Teleqram kanalında yazıb.O, xəbərdarlıq edib ki, hüquq-mühafizə orqanlarının və dövlət qurumlarının məsul şəxslərinin həyatına hər hansı müdaxilənin qarşısı ciddi şəkildə alınacaq.Bundan əlavə, Kadırov hər bir çeçendən öz yaxınlarını terror ideologiyasının təsirindən qorumaq üçün xüsusilə ayıq-sayıq olmağı xahiş edib.“Bu məsələdə səhlənkarlıq ciddi, faciəvi nəticələrə səbəb ola bilər”,-deyə Çeçenistan rəhbəri xəbərdarlıq edib.Xatırladaq ki, iyunun 23-də Dərbənd və Mahaçqalada bir neçə silahlı hücum nəticəsində 15-i polis əməkdaşı və bir Rusiya Milli Qvardiyasının əməkdaşı olmaqla 21 nəfər həlak olub, 20-dən çox insan yaralanıb. Beş silahlı öldürülüb. Dağıstanda baş verən silsilə terror aktları ilə əlaqədar iyunun 24-dən 26-dək matəm elan edilib.YeganəMənbə: TASS.ru
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта