RU

BRİKS-ə yeni üzvlərin qəbuluna fasilə verildi

“BRİKS ölkələri yeni üzvlərin qoşulmasına fasilə vermək qərarına gəliblər”.Elchi.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Belarus Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova ilə görüşündə deyib.Lavrov qeyd edib ki, fasilə qərarı ilk onluğa daxil olanların böyük səs çoxluğu ilə qəbul edilib. Onun sözlərinə görə, bu, assosiasiyaya yeni daxil olan və üzvlük sayını iki dəfə artırmış ölkələr üçün lazımdır.Xatırladaq ki, bundan əvvəl Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirmişdi ki, BRİKS-ə qoşulmaq istəyən ölkələrin sayı durmadan artır. Onun sözlərinə görə, ümumilikdə, artıq 30-dan çox müraciət daxil olub.YeganəMənbə: Vesti.ruHəmçinin oxuyun: https://elchi.az/30-dan-cox-olk%c9%99-briks-%c9%99-muraci%c9%99t-edib/

Избранный
131
elchi.az

1Источники