RU

Avro-2024: Daha iki yığma 1/8 finala vəsiqə qazanıb

Bakı, 26 iyun, AZƏRTAC

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında növbəti oyunlar keçirilib.

AZƏRTAC xəbər verir ki, C qrupunda İngiltərə Sloveniya ilə, Serbiya isə Danimarka ilə qolsuz heç-heçə edib.

Bu nəticədən sonra xallarını 5-ə çatdıran İngiltərə seçməsi qrup lideri olaraq 1/8 finala vəsiqə qazanıb. Danimarka seçməsi isə qrupu üç xalla ikinci sırada bitirib və növbəti mərhələyə yüksəlib.

Qeyd edək ki, Avropa çempionatında daha əvvəl Almaniya, İsveçrə, İspaniya, İtaliya, Avstriya, Fransa və Niderland seçmələri 1/8 finala vəsiqəni təmin ediblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
7
4
azertag.az

5Источники