RU

Levandovski: “Köklü komandalara qarşı oynayarkən qorxmaq lazım deyil”

Polşa millisinin hücumçusu Robert Levandovski AVRO-2024-də Fransa ilə heç-heçəni (1:1) şərh edib. Matc.az xəbər verir ki, Levandovski bu barədə UEFA-nın rəsmi saytına açıqlama verib. “Bu çempionat bizə göstərdi ki, daha köklü komandalara qarşı oynayarkən qorxmaq lazım deyil. Biz uğur qazana bilərik. Öncə Niderlanda qarşı, indi isə Fransaya futbol oynamağa çalışdıq. Bu, gələcək üçün yaxşı dərsdir. Fransa AVRO-2024-ün favoritlərindən biridir, ona görə də bu nəticənin dəyərini bilməliyik”.  

Избранный
193
matc.az

1Источники