RU

Şuşada Beynəlxalq Gənclər Forumu

Şuşa şəhərində Beynəlxalq Gənclər Forumu başa çatıb. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Heydər Əliyev Fondu və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə müxtəlif dövlətlərin yüksəkvəzifəli nümayəndələri, qonaqlar və ICESCO-ya daxil olan ölkələrdən 200-ə yaxın şəxs iştirak edib.

Forumun açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov Şuşanın son zamanlar bir çox tədbirə ev sahibliyi etdiyini, gənclərin belə böyük layihələrdə iştirakının önəmli olduğunu vurğulayıb. Fənclər və idman nazirinin müavini İndira Hacıyeva bildirib ki, burada əsas məsələ İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrdə gənclərin sülh şəbəkəsini genişləndirməkdir. 

Beynəlxalq Forumunun yüksək səviyyədə təşkil olunduğunu deyən Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov bölgədəki quruculuq işlərində gənclərin də fəal iştirak etdiyini söyləyib.

Forumun keçirilməsinə göstərdiyi dəstəyə görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edən ICESCO-nun baş katibi Səlim Əl-Malik Şuşaya səfərini böyük xoşbəxtlik adlandırıb. Heydər Əliyev Fondunun nümayəndəsi Elvin Aslanov isə bir ay öncə ICESCO ilə imzalanmış əməkdaşlıq müqaviləsinin önəmindən bəhs edib. 

Sonra panel müzakirələr keçirilib. Forum öz işini iyunun 26-27-də Bakı şəhərində davam etdirəcək. 

XQ

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
4
xalqqazeti.az

1Источники