RU

Sabirabadda hamilə qadın dərmandan zəhərləndi

Sabirabadda qadın heyvanlara verilən dərmandan zəhərlənib.

Bakupost.az “Report”a istinadla xəbər verir ki, hadisə Çöl Beşdəli kəndində qeydə alınıb.

İlkin məlumata görə, kənd sakini, 2005-ci il təvəllüdlü A.Babayeva xəstəliklərin qarşısını almaq məqsədi ilə mal-qaraya dərman verilərkən zəhərlənib.

O, Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

A.Babayevanın üçaylıq hamilə olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.
Избранный
126
14
bakupost.az

10Источники